Hadisə
Bağçada uşağı döyən dayə ilə bağlı QƏRAR VERİLDİ
"Bu gün sosial şəbəkələrdə yayılan Tovuz rayonu Qovlar şəhəri 2 nömrəli körpələr evi–uşaq bağçasında uşağa qarşı yolverilməz davranışı əks etdirən video ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində görüntülərdəki hadisənin təxminən iki il əvvəl baş verdiyi məlum olub".
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq videoda yer alan sanitar-dayə 30 oktyabr 2025-ci il tarixində müvafiq əmrlə işdən azad edilib.
"Məktəbəqədər təhsil müəssisələrində təlim-tədrisə cəlb edilən uşaqların fiziki və psixoloji təhlükəsizliyi bizim üçün prioritet istiqamətlərdəndir. Uşaqlara qarşı uyğunsuz davranışlar qəbuledilməzdir və belə hallara qarşı barışmaz mövqedəyik.
Bildiririk ki, məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür", - məlumatda qeyd olunub.
-
Magazin120:36Dua Llipa qısa şortda poza verdi - FOTO
-
Magazin119:48Təranədən Röya ilə bağlı QALMAQALLI AÇIQLAMALAR - VİDEO
-
Sosial19:24İlqar Mirzəyevin nəvəsi dünyaya gəldi - FOTO
-
Art18:12Aktrisa Məsumə Babayeva DÜNYASINI DƏYİŞDİ
-
Hadisə17:35Sosial şəbəkədə deputatları və icra başçılarını söydü, həbs olundu
-
Yaxın Şərq16:54ABŞ-ın kəşfiyyat təyyarəsi İran sahillərində
-
Hadisə16:27Görüşlərə hərbi formada gələn "məmur" - Şirkətlərə 358 min ziyan vurub
-
İdman14:54Millimizin üzvü Almaniya klubunda




































