Dünya
ABŞ-da Trampla bağlı şok sorğu: Bu qədər insan...
ABŞ-da keçirilən sorğuya görə, respondentlərin 64 faizi ABŞ prezidenti Donald Trampın səlahiyyətlərindən sui-istifadə etdiyini düşünür.
Publika.az xəbər verir ki, "The Washington Post", "ABC News" və "Ipsos"un bir keçirdiyi 2725 nəfərlik sorğuda iqtisadiyyat, immiqrasiya, tariflər, federal hökumətin idarə olunması, cinayətkarlıq və Yaxın Şərq və Ukraynadakı münaqişələr daxil 8 mövzu nəzərə alınıb.
Nəticələrə görə, iştirakçıların 64 faizi Trampın federal işçi qüvvəsini azaltmaq üçün dövlət işçilərini işdən çıxarmaqla, ABŞ şəhərlərini patrul etmək üçün Milli Qvardiya yerləşdirməklə və ABŞ universitetlərinin fəaliyyət tərzini dəyişdirməyə çalışmaqla prezident səlahiyyətlərində həddi aşdığını düşünür.
Respondentlərin 56 faizi Tramp administrasiyasının immiqrasiya siyasətinə mənfi baxır, 43 faizi isə bu siyasətdən məmnunluğunu bildirib. Həmçinin, respondentlərin üçdə ikisi ölkənin ciddi şəkildə səhv istiqamətdə irəlilədiyini düşünür.
Trampın digər ölkələrə tətbiq etdiyi tariflərə gəldikdə, respondentlərin 65 faizi bu siyasəti bəyənməyib, 33 faizi isə dəstəklədiyini bildirib.
Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərində isə respondentlərin 60 faizi onu bacarıqsız hesab edib, 39 faizi isə bu səyləri müsbət qiymətləndirib.
Roza
-
İdman21:13Bu nominasiya üzrə namizədlər açıqlandı: Messi, Yamal, Arda…
-
Cənubi Qafqaz19:40Ermənistan parlamentində dava düşdü
-
İdman19:30Sadıq Sadıqov vəzifəsindən azad olundu
-
Nəqliyyat18:1020 yolda tıxac var - Siyahı
-
Sosial17:20Əli Əsədov yeni qərar imzaladı
-
MDB16:18Rusiyada ən bahalı mənzil bu şəhərdə satılır: Görün neçəyədir
-
İdman15:07"Real"ın ulduzunun xanımı bu geyimi ilə səs-küy yaratdı - FOTOLAR
-
Rəsmi xronika14:18Dövlət başçısı xəbərdarlıq etdi: Lazımı tədbir görəcəm










.jpg)






















