MDB
Rusiyada ən bahalı mənzil bu şəhərdə satılır: Görün neçəyədir
Rusiyanın təkrar bazarında ən bahalı mənzil Moskvada təxminən 4 milyard rubla (84 milyon 104 min manat) satılıb.
Publika.az xəbər verir ki, TASS bu barədə ekspertlərə istinadən məlumat yayıb.
"Mən bildiyim ən bahalı penthausun (binanın ən yuxarı mərtəbəsində yerləşən lüks mənzil) qiyməti 50 milyon dollardır (85 milyon manat). Bu, Moskvanın mərkəzində, 974,7 kvadratmetrlik "Art Deko" üslubunda bəzəkli, mebel və kaminli lüks mənzildir", - deyə daşınmaz əmlak agentliyinin sahibi Qriqori Aşıxmin bildirib.
Bu arada, Sankt-Peterburqda təkrar bazarda ən bahalı yaşayış evi 2,2 milyard rubldan (46 milyon 257 min 200 manat) baha satılır. Beş otaqlı penthaus 317 kvadratmetrdən böyükdür və "ağıllı ev" sistemi ilə təchiz edilib. Təxminən 100 kvadratmetrlik mətbəx-yemək-yaşayış sahəsi, idman zalı, sauna və şəhərə panoramik mənzərəsi olan 240 kvadrat metrlik terrası var.
Adəm
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...




































