Ən yaşlı olimpiya çempionu öldü
Bizi izləyin

İdman

Ən yaşlı olimpiya çempionu öldü

Keçmiş fransalı velosipedçi Şarl Koste 101 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, o, yaşayan ən yaşlı Olimpiya çempionu idi.

Bunu “FranceOlympique”nin mətbuat xidməti də təsdiqləyib.

Onun ölüm xəbərini bazar günü “X” pPlatformasında Fransanın idman naziri Marina Ferrari açıqlayıb və Kostenin ötən cümə axşamı dünyasını dəyişdiyini bildirib.

Koste 8 fevral 1924-cü ildə Ollioulesdə anadan olub. 1948-ci il Oyunlarında qızıl medal qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm