Şok iddia: ABŞ bu ölkədə əməliyyat hazırlayır
Bizi izləyin

Dünya

Şok iddia: ABŞ bu ölkədə əməliyyat hazırlayır

ABŞ prezidenti Donald Trampın Meksikadakı kartellərə qarşı yeni əməliyyat hazırladığı iddia olunub.

Publika.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Qeyd olunur ki, əməliyyat üçün təlimlər başlayıb və bu prosesə Meksikaya qarşı quru əməliyyatları da daxil olacaq.

Həmçinin bildirilib ki, ABŞ əməliyyatın bir hissəsi olaraq Meksikadakı narkotik laboratoriyalarını da hədəf alan pilotsuz uçuş aparatları (PUA) hücumları həyata keçirməyi planlaşdırır.

Əməliyyatda Birgə Xüsusi Əməliyyatlar Komandanlığı və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi qüvvələrinin də iştirak etməyi planlaşdırdığı qeyd olunub.

Məlumata görə, əməliyyatın əhatə dairəsi ilə bağlı müzakirələr davam edir və hələlik yekun qərar verilməyib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm