Dünya
Trampı öz silahı ilə vuran lider: ABŞ prezidentinin planları alt-üst olub
Demokrat Zöhran Məmdaninin Nyu-York meri seçilməsi ABŞ-da rezonans doğurmağa davam edir. Mətbuat qarşısında Məmdanini tənqid edən ABŞ prezidenti Donald Tramp iddialara görə, gənc meri əslində "ağıllı" hesab edir.
Publika.az xəbər verir ki, bu barədə "New York Times" yazıb.
Bildirilib ki, ABŞ lideri həftələrdir Məmdanini "ekstremist" və "kommunist" adlandırsa da, şəxsi söhbətlərdə onu "ağıllı" və "gözəl danışan" siyasətçi kimi təsvir edib.
Nəşrin təhlilinə görə, Məmdani Trampı öz silahı ilə məğlub etməyi bacarıb. Namizədliyi boyunca amerikalıların rifahını yaxşılaşdıracağına söz verən Tramp, iqtisadi çətinliklərlə mübarizə aparan milyonlarla amerikalının qəlbinə toxuna bilmişdi.
Məmdaninin merliyə namizədliyi zamanı verdiyi vədlər də demək olar ki, tamamilə şəhər sakinlərinin sosial-iqtisadi rifahı ilə bağlı idi. O, 10 il ərzində 200 min kirayə sosial mənzil tikməklə evsizliklə mübarizə aparacağını, uşaqlar üçün bələdiyyə uşaq bağçaları açacağını, bazarlar yaradacağını və şirkətlərə vergiləri artırarkən minimum əmək haqqını da artıracağını vəd edib.
Həmçinin qeyd olunub ki, Tramp Məmdanini Demokrat Partiyasının yeni siması kimi hədəf alır və iki şəxs arasında siyasi toqquşma qaçılmaz hesab olunur. Trampa yaxın mənbələr Mamdaninin yüksəlişini Trampın siyasi ritorikası üçün faydalı hesab edirlər. Bildirilir ki, ABŞ lideri keçmişdə Nensi Pelosi, Aleksandriya Okasio-Kortez və Corc Sorosu hədəf aldığı kimi, onu da "Demokratik ekstremizmin simvolu" kimi təsvir etməyi planlaşdırır.
Roza
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi


































