Bu ölkədən Zelenskiyə çağırış: Rusiya ilə danışıqlara qayıt
Bizi izləyin

Dünya

Bu ölkədən Zelenskiyə çağırış: Rusiya ilə danışıqlara qayıt

Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət edərək, Rusiya ərazisinə hücumları dayandırmağı və münaqişənin diplomatik yolla həllinə qayıtmasını istəyib.

Publika.az xəbər verir ki, siyasətçi bəyanatı "X" sosial şəbəkəsində yerləşdirib.

Mema müraciətində Ukraynanın pilotsuz təyyarələrinin Moskva vilayətinə və Rusiyanın digər bölgələrinə hücumlarının Ukrayna ərazisinə kütləvi cavab zərbələrinə səbəb olduğunu vurğulayıb. O hesab edir ki, bu cür taktikaların strateji əhəmiyyəti yoxdur və Ukrayna dövləti üçün vəziyyəti daha da pisləşdirir.

Qeyd edək ki, finlandiyalı siyasətçi əvvəllər də Zelenskini Moskva ilə dialoqu bərpa etməyə çağıraraq, nüvə gücü ilə münaqişədə qüvvələr balansını ayıq şəkildə qiymətləndirməyin vacibliyini vurğulayıb.

Mema hesab edir ki, Ukrayna əsas diqqətini böhranın diplomatik yolla həllinə yönəltməlidir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm