İdman
“Çelsi”nin qapıçısından “Qarabağ”la oyundan öncə açıqlama: O, əsl vəhşidir
“Çelsi”nin qapıçısı Robert Sançes komanda yoldaşı, müdafiəyə meyilli yarımmüdafiəçi Moises Kaysedonun çıxışını yüksək qiymətləndirib.
Noyabrın 1-də 24 yaşlı ekvadorlu “Çelsi”nin Premyer Liqanın 10-cu turunda “Tottenhem”i məğlub etməsinə (1:0) köməklik göstərərək, assist edib.
Publika.az xəbər verir ki, “Goal” Sançesin sözlərini sitat gətirib:
“Burada sözə ehtiyac yoxdur, amma Moises əsl vəhşidir. O, öz mövqeyində planetin ən yaxşı oyunçusudur. Ondan güclü kim ola bilər? O, sadəcə olaraq vəhşidir. O, hər dueldə qalib gəlir və topla rəftarı çox sakitdir.
Mən onun çox dəyişdiyini müşahidə etməmişəm. Həm oyunçu, həm də insan kimi o, həmişə eyni olub: çalışqan, sakit və həqiqətən gözəl oğlan. Təbii ki, yaşı və təcrübəsi ilə o, bir az daha mükəmməlləşib, onun oyunu getdikcə daha da yaxşılaşır. Onun özünə inamı da getdikcə artır”.
“Çelsi” ÇL-in əsas mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar noyabrın 5-də Bakıda qarşılaşacaqlar.
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək
-
Magazin231 Mart 20:48Məşhur aktrisanın arxiv fotosu təəccübləndirdi -















.jpg)




















