Region
"Dostluq elan edib, dövlət çevrilişi hazırlayır" - Kaladzedən sərt sözlər
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze Avropa İttifaqını kəskin tənqid edib. Onun sözlərinə görə, Aİ Gürcüstana qarşı ikili oyun nümayiş etdirir.
Publika.az-ın məlumatına görə, Kaladze bəyan edib ki, Brüssel dostluq elan etməklə yanaşı, eyni zamanda ölkədə dövlət çevrilişinin hazırlanmasını dəstəkləyir və bu, qətiyyən yolverilməzdir.
Siyasətçi vurğulayıb ki, bu cür hərəkətlər, o cümlədən ekstremizmin təşviqi nə dostluq, nə də tərəfdaşlıq münasibətləri ilə bir araya sığır. Kaxa Kaladze Gürcüstanın Avropa İttifaqı ilə əməkdaşlığa hazır olduğunu bir daha təsdiqləyib, lakin bunun birtərəfli ola bilməyəcəyini vurğulayıb. Tbilisi Brüsseldən gürcü xalqına, onun milli konstitusiyasına və dövlət müstəqilliyinə hörmət edərək, ədalətli davranacağını gözləyir.
Qeyd edək ki, bu bəyanat Avropa Komissiyasının son mövqeyi fonunda verilib.
Adəm
-
Yaxın Şərq21:48İran Hörmüz boğazını bağlayır
-
Sosial20:36"5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs danışdı / VİDEO
-
Magazin218:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR


































