Çinin nəhəng şirkəti Rusiyadan neft alışını dayandırdı
Bizi izləyin

Dünya

Çinin nəhəng şirkəti Rusiyadan neft alışını dayandırdı

ABŞ-ın Rusiyanın iri neft şirkətlərinə qarşı sanksiyaları fonunda, Çinin şimalındakı Şensi əyalətində yerləşən "Yanchang Petroleum" şirkəti Rusiya xam neftinin alışını dayandırıb.

Publika.az "Reuters"ə istinadən xəbər verir ki, adıçəkilən Çin şirkəti ayda bir dəfə Rusiyadan "ESPO" və ya "Sokol" markalı neft alırdı. Lakin dekabrdan fevralın ortalarına qədər neft tədarükü üzrə keçirilən yeni tenderə əsasən Rusiyadan xam neftin alınması variantları yoxdur.

Qeyd edək ki, "Yanchang Petroleum" Çinin daxili hissəsindəki ən böyük neft və qaz şirkətlərindən biridir. Onun emal gücü sutkada 348 min barel neft, illik idxal kvotası isə 26 milyon bareldir.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm