Region
Bağçalıdan KRİTİK AÇIQLAMA: "Azərbaycan və Türkiyə bütün qaranlıq ssenariləri birlikdə pozacaq"
Azərbaycan ilə Türkiyə bütün qaranlıq ssenariləri və çirkli lobbilərin oyunlarını birlikdə pozacaq.
Publika.az "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan-Türkiyə münasibətlərinin mövcud vəziyyətini dəyərləndirən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib.
O, 44 günlük Vətən müharibəsi sayəsində Qarabağın uzunmüddətli işğaldan azad edildiyini bildirib:
"Qarabağ 30 il ərzində əsarət və zülmün kölgəsində qaldı, Azərbaycan torpaqları onilliklərlə matəmə büründü. Beş il əvvəl baş verən 44 günlük Vətən müharibəsindən sonra ədalət yerini tapdı, Qarabağ gerçək və əbədi sahibi ilə birləşdi. Azərbaycan xalqının 8 Noyabr- Zəfər Gününü və 9 Noyabr - Dövlət Bayrağı Gününü ürəkdən təbrik edirəm. Qarabağın azadlığı üçün qəhramancasına mübarizə apararkən canlarından keçən əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə uzun və sağlam ömür diləyirəm".
MHP lideri Qarabağda həyata keçirilən bərpa-quruculuq prosesini, Cənubi Qafqazda getdikcə genişlənən sülh və sabitlik atmosferini yaxından izlədiyini, bundan məmnun olduğunu vurğulayıb:
"Xüsusilə, Azərbaycan və Ermənistan arasında baş tutan, sülh səylərini gücləndirən Vaşinqton görüşünün stereotipləri və ixtilafları aradan qaldıracağını düşünür, bu istiqamətdə atılan müsbət addımların nəticə verəcəyinə inanırıq. Diləyimiz ikitərəfli görüş və dialoqların davam etdirilməsi, sülh səylərinin nəticə verməsidir".
D.Bağçalı Azərbaycanla Türkiyənin bundan sonra da qətiyyətlə birlikdə olacaqlarını qeyd edib:
"Türkiyə ilə Azərbaycanın əlaqələri çox sağlam və köklüdür. "Bir millət, iki dövlət" prinsipi türk tarix və mədəniyyətinin birləşdirici missiyası olaraq gücümüzə güc qatacaq. Türk dövrünün iki parlayan dövləti qaranlıq ssenariləri və çirkli lobbilərin oyunlarını pozacaq, hər zaman birlikdə olmağa qətiyyətlə davam edəcəyik".
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 09:54BMT rəsmisi: "Dünya Şəhərsalma Forumu qlobal gündəlikdir"
-
İqtisadi gündəm09:50Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başladı
-
Səhiyyə07:47Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi


















.jpg)














.jpg)



