Dünya
Bu siyasətçilərin “ölüm qərarları” yayıldı - Siyahıda görün kimlər var
Almaniyanın keçmiş kanslerləri Angela Merkel və Olaf Şolts da daxil olmaqla 20-dən çox siyasətçiyə qarşı sui-qəsd çağırışı edən şübhəli saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Almaniya Federal Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, saxlanılan Martin S. adlı şəxs siyasətçilər üçün "ölüm qərarları"nı, partlayıcı maddələrin hazırlanması ilə bağlı təlimatları və potensial qurbanların şəxsi məlumatlarını internetdə paylaşıb.
İfrat sağçı fəal kimi tanınan 49 yaşlı Martin S. həmçinin sui-qəsdlər üçün ianələr tələb edib. Bu ianələr sui-qəsdçilərə ödənilməli idi.
Almaniya Federal Prokurorluğu şübhəlini terrorizmi maliyyələşdirməkdə, dövlət təhlükəsizliyini təhdid edən ciddi zorakılıq aktlarına təhrik etməkdə və şəxsi məlumatları paylaşmaqda ittiham edib.
Şübhəli bu gün Karlsruhe Federal Ədalət Məhkəməsində hakim qarşısına çıxacaq.
Roza
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək



































