Dünya
Kadırovdan şok açıqlama: "İŞİD-də casus şəbəkəmiz var"
Çeçenistanın başçısı Ramzan Kadırov sensasiya kimi qarşılanan maraqlı açıqlaması ilə yenidən gündəmə gəlib. Bu dəfə Kadırovun hədəfi İŞİD və bu terrorçu qruplaşmanın tərkibində vuruşan çeçenlər olub.
Çeçenistan lideri vurğulayıb ki, Rusiyaya qarşı İŞİD təhlükəsi həddən artıq şişirdilir. Teleqraf.com-un “İnterfax” agentliyinə istinadən məlumatına görə, o, Rusiyaya qarşı İŞİD təhlükəsinin mövcudluğunu istisna edib: “Belə bir təhlükə gözlənilmir. Biz boş yerə biz özümüzü cürbəcür İŞİD-lərlə qorxuduruq”.
Kadırov onu da söyləyib ki, İŞİD-in atdığı hər bir addımdan xəbərdardırlar və bu hərbi-siyasi terrorçu qruplaşmanın daxilində geniş casus şəbəkəsinə malikdirlər: “Bizim bu terrorçu yığnağının tərkibində yaxşı casus şəbəkəmiz var. Bu, imkan verir ki, bizim üçün əhəmiyyət kəsb edənlərin yerdəyişməsini izləyə bilək. Bundan əlavə, imkan yaranır ki, öz tüfənginin lüləsini hətta zarafatla belə Rusiyaya sarı döndərənlərı vaxtında, son mənzilə biletlə birgə əbədi məzuniyyətə göndərək”.
Çeçenistanın dövlət başçısı bildirib ki, Rusiya üçün əsl təhlükə ABŞ və digər Qərb ölkələrindən gəlir: “Yaxın Şərq regionunun terrorçuların hazırlanması üçün nəhəng məkana çevrilməsi Rusiya üçün ciddi narahatlıq yaradır”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR