Dünya
Bu ölkədə Rusiyanın yeni səfirlik "sevdası"nın qarşısı alındı: Məhkəmədə uduzdu
Avstraliyanın Ali Məhkəməsi Rusiyanın ölkənin paytaxtında yeni səfirlik tikməsinə mane olub.
Publika.az xəbər verir ki, milli təhlükəsizlik səbəbi ilə torpaq sahəsinin icarəsini ləğv edəcək qanun yekdilliklə dəstəklənib. Bu barədə "Reuters" məlumat yayıb.
Rusiya Kanberradakı Parlament binasından təqribən 300 metr aralıda yerləşən torpaq sahəsini icarəyə götürüb və orada yeni səfirlik binası tikmək niyyətində olub.
Lakin 2023-cü ildə Avstraliya hökuməti Parlamentə bu qədər yaxın olan Rusiyanın yeni varlığının yaratdığı risklə bağlı çox aydın “təhlükəsizlik məsləhəti" aldıqdan sonra icarəni ləğv etmək üçün qanun qəbul etdi.
Rusiya Avstraliya Ali Məhkəməsində qanuna etiraz edərək parlamentin konstitusiyaya görə belə bir qanunu qəbul etmək səlahiyyətinin olmadığını iddia etdi.
Çərşənbə günü məhkəmə yekdilliklə qərar verdi ki, Parlamentin belə bir hüququ var. Amma məhkəmə həm də, Rusiyanın kompensasiya tələbə etmək hüququnun da olduğunu bildirib.
“Telegram”da dərc olunan bəyanatda Rusiyanın Avstraliyadakı səfirliyi “qətnamənin mətnini diqqətlə öyrənəcəyini” bildirib.
2008-ci ildə Rusiya hökuməti 2,75 milyon Avstraliya dolları (1,79 milyon ABŞ dolları) ödəməklə diplomatik məqsədlər üçün 99 illik icarə müqaviləsi imzalayıb. Yeni ərazidə tikinti başlayıb, lakin yarımçıq dayandırılıb.
İndiki Rusiya səfirliyi Qriffit ətrafında yerləşir. Avstraliya hökuməti iddia edirdi ki, icarə müqaviləsinin ləğvi parlamentin öz əraziləri, o cümlədən Kanberranın yerləşdiyi Avstraliya Paytaxt Ərazisi üçün qanunvericilik səlahiyyəti ilə dəstəklənir.
Bildirilir ki, Rusiyaya “sadəcə təzminat” ödəməyə ehtiyac yoxdur, çünki konstitusiya yalnız mülkiyyət konkret istifadə üçün alındıqda kompensasiya tələb edir. İndiki halda isə belə bir şey yoxdur.
Adəm
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək




































