Ukraynada dördüncü səfərbərlik
Bizi izləyin

Dünya

Ukraynada dördüncü səfərbərlik

Ukrayna Kanadadan hərbi təchizatla dolu daha iki təyyarə alacaq. Bu barədə Ukraynanın prezidenti Pyotr Poroşenko müvafiq açıqlamasında bildirib.

O, qeyd edib ki, Ukrayna beynəlxalq partnyorlardan hərbi avadanlıq alır və hərbi təchizatla dolu iki təyyarə gözləyir.

Onun sözlərinə görə, səfərbərliyin dördüncü dalğası zamanı hərbi qulluqçular bütün zəruri ləvazimata malik olacaqlar. Beləliklə, Poroşenko açıq şəkildə bildirib ki, Ukrayna faktiki olaraq, hərbi əməliyyatların növbəti mərhələsinə hazırlaşır.

Teleqraf.com-un məlumatına görə, Ukraynanın lideri Kanada ilə yanaşı, Litva və Polşanın hərbi-siyasi dəstəyini xüsusi vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm