Dünya
Yeni Dehlidəki partlayış terror aktı kimi tanındı
Hindistan hökuməti Yeni Dehlidə avtomobildə baş verən partlayışı terror aktı kimi tanıyan qətnamə qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təhlükəsizlik məsələləri üzrə iclasından sonra məlumat yayılıb.
Hindistanın Baş naziri Narendra Modinin dəftərxanasının yaydığı məlumatda qeyd edilir ki, bu, antimilli qüvvələr tərəfindən törədilmiş dəhşətli terror aktıdır.
Hadisənin bütün icraçıları, iştirakçıları və maliyyəçilərinin tez bir zamanda müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün maksimum təcili və peşəkar şəkildə araşdırma aparılması barədə tapşırıq verilib.
Xatırladaq ki, noyabrın 10-da Hindistanın paytaxtında, "Qırmızı Qala" metrostansiyası yaxınlığında avtomobildə partlayış olub. Hadisə nəticəsində 13 nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb.
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək




































