Dünya
"Titanik"in son xatirəsi satışa çıxarılır - FOTO
"Titanik" faciəsində həlak olan ən varlı sərnişinlərdən biri, "Macy’s" mağazalar şəbəkəsinin həmsahibi İsidor Ştrausun qızıl cib saatı hərraca çıxarılır.
Publika.az xəbər verir ki, 18 karatlıq saatın 22 noyabrda İngiltərədə keçiriləcək hərracda 1 milyon funt sterlinqə satılacağı gözlənilir.
Hərrac evinin direktoru Endryu Oldrik saatı “qeyri-adi bir xatirə” adlandırıb. Saat "Titanik" batdığı saata, 02:20-də dayanmış vəziyyətdə tapılıb. Üzərində Ştrausun baş hərfləri var və onun həyat yoldaşı İda tərəfindən 1888-ci ildə hədiyyə edildiyi düşünülür.

Hərracda həmçinin İdanın göyərtədə yazdığı məktub da təqdim ediləcək. Məktubun 150 min funta alıcı tapacağı gözlənilir. İda məktubunda Titaniki “möhtəşəm və zövqlü” gəmi kimi təsvir edir. "Titanik"də faciə gecəsi İda xilasetmə qayığına minməkdən imtina edərək ərinin yanında qalıb.
Cütlüyün göz yaşardan hekayəsi Ceyms Kameronun “Titanik” filmində qucaqlaşan yaşlı cütlük obrazında əbədiləşdirilib.
Roza
-
Qoroskop01:40Günün ulduz falı: geri çəkilib plan qurmaq faydalı olacaq
-
Nida Xəbər 00:47Bakıda müşahidə olunan dronlarla bağlı ekspert açıqlaması - Bu, açıq-aşkar göstərir ki...
-
Sosial00:25Bu gün İlaxır çərşənbədir
-
Sosial16 Mart 23:00İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi
-
Sosial16 Mart 22:18Bakı metrosunda yeni qadağa: 30 manat cərimələnmək istəmirsizsə... - Foto
-
ABŞ16 Mart 21:39Trampdan bu ölkələrə çağırış: Gəlib bizə kömək edin!
-
Ekologiya16 Mart 21:26Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi
-
İnanc16 Mart 19:30Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı






























