Dünya
ABŞ Rusiya ilə birgə gizli plan hazırlayır: Ukrayna ilə bağlı sensasion iddia yayıldı
Tramp administrasiyası Ukraynada müharibəyə son qoymaq üçün yeni plan hazırlayır və gizli şəkildə Rusiya ilə işləyir.
Publika.az xəbər verir ki, "Axios" nəşri bu barədə ABŞ və Rusiya rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilir ki, Rusiya tərəfi planla bağlı nikbin olduğunu söyləyib. Lakin Ukraynanın və onun avropalı tərəfdaşlarının buna necə reaksiya verəcəyi hələlik bəlli deyil.
Məlumata görə, planın 28 bəndi dörd əsas kateqoriyaya bölünür: Ukraynada sülh, təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik və ABŞ-ın Rusiya və Ukrayna ilə gələcək münasibətləri.
ABŞ rəsmisi bildirib ki, Trampın sözçüsü Stiv Uitkoff planın hazırlanmasına rəhbərlik edir və onu Rusiya səfiri Kiril Dmitriev ilə ətraflı müzakirə edib.
Dmitriev sövdələşmənin uğur şansları ilə bağlı nikbinliyini ifadə edib, bildirib ki, əvvəlki cəhdlərdən fərqli olaraq, “biz Rusiyanın mövqeyinin həqiqətən də eşidildiyini hiss edirik”.
Ukrayna rəsmisi deyib ki, Uitkoff bu həftənin əvvəlində Mayamidə keçirilən görüşdə Zelenskinin milli təhlükəsizlik müşaviri Rustem Umerov ilə planı müzakirə edib.
"Biz bilirik ki, amerikalılar nəsə üzərində işləyirlər", - Ukrayna rəsmisi bildirib.
Ağ Ev sözçüsü deyib ki, Tramp müharibəni sona çatdırmağın vaxtının gəldiyini açıq şəkildə bildirib: "Prezident Tramp inanır ki, çeviklik olarsa, bu mənasız müharibəni bitirmək şansı var".
“Bu, əslində daha geniş anlayışdır. Mahiyyətcə deyir ki, “biz nəhayət təkcə Ukraynada deyil, Avropada da davamlı təhlükəsizliyi necə təmin edə bilərik?”, - deyə Dmitriev bildirib.
Onun sözlərinə görə, məqsəd Trampla Putinin növbəti görüşünə qədər bu mövzuda yazılı sənəd hazırlamaqdır.
ABŞ rəsmisi təsdiqləyib ki, Ağ Ev ukraynalılarla yanaşı, Avropa rəsmilərinə də yeni planla bağlı məlumat verməyə başlayıb
"Biz hesab edirik ki, indi bu planı həyata keçirmək üçün doğru zamandır. Lakin hər iki tərəf praktik və realist olmalıdır", - amerikalı rəsmi bildirib.
Adəm
-
Sosial10:54Azərbaycanda bir həftə TƏTİL OLACAQ
-
Hadisə10:24Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
-
İqtisadi gündəm09:42Pensiya alanların nəzərinə: Yanvardan... - VİDEO
-
ABŞ09:12Ronaldo Ağ Evdə şam yeməyində: Trampın ailəsi ilə görüşdü - VİDEO
-
Region08:48Bir dilim limona görə 900 dollar CƏRİMƏLƏNDİ
-
Nəqliyyat08:24Bakıda ağır qəza: Sumqayıt istiqamətində hərəkət iflic oldu
-
İdman06:16DÇ-2026: Türkiyə səfərdə xal qazandı
-
Magazin104:44Dua Lipa balkonda mini libasda poza verdi - FOTO


































