MDB
Postsovet ölkəsində qaz ehtiyatı tükəndi: Böhran olarsa...
Moldova kommersiya təbii qaz ehtiyatlarını demək olar ki, tükədib.
Publika.az xəbər verir ki, bu barədə "Energokom" şirkətinin direktoru vəzifəsini icra edən Yevgeni Buzatu bildirib.
Pik istehlakı ödəmək üçün istifadə olunan ehtiyatlar azalır - hazırda ölkədə təxminən dörd-beş milyon kubmetr qaz qalıb.
Eyni zamanda, keçmiş sovet respublikası strateji yanacaq ehtiyatlarına da malikdir.
Amma Buzatu bildirib ki, strateji ehtiyatlara çıxış yalnız elan edilmiş böhran halında mümkündür, ona görə də bu ehtiyatlar ötən qış istifadə edilməyib:
“Nəzəri olaraq, onlardan ölkədə elan edilmiş fövqəladə vəziyyət zamanı istifadə etmək olardı, amma biz onlara toxunmadıq. Ümid edirik ki, buna ehtiyac qalmayacaq".
2025-ci ilin noyabr ayında “Energokom” qışa tam hazır olduğunu elan etdi. Şirkət Rumıniyada təxminən 100 milyon kubmetr, Ukraynada isə 30 milyon kubmetr qaz ehtiyatı toplamışdı.
Rusiya qazının Moldovaya nəqli 2025-ci ilin yanvar ayından, Ukrayna ərazisindən tranzit müqaviləsinin müddəti bitdikdən sonra dayandırılıb. "Qazprom" şirkəti Kişinyovu əvvəlki illərdə tədarük edilən yanacaq üçün borcu ödəməkdən imtina etməkdə günahlandırıb. Moldovanın energetika naziri Dorin Yunqetunun sözlərinə görə, hakimiyyət Rusiya şirkəti ilə müqaviləni yeniləmək niyyətində deyil, çünki müqavilə öhdəliklərini yerinə yetirməyib.
Avqust ayında Moldovanın Milli Enerji Tənzimləmə Agentliyi (ANRE) "Qazprom"un payına sahib olduğu "Moldovaqaz" şirkətinin ölkəyə qaz tədarükü lisenziyasını ləğv edib.
Müəllif: Tural
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi








































.jpg)
