Dünya
1 trilyon dollarlıq görüşdə Ərdoğan damğası: Trampa zəng edərək...
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp dünən yeddi ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanı Ağ Evdə qəbul edib.
Publika.az xəbər verir ki, görüşdən əvvəl çıxış edən Tramp, Səudiyyə Ərəbistanı ilə əla münasibətlərinin olduğunu və Məhəmməd bin Salmanın çox yaxın dost olduğunu vurğulayıb.
O, Səudiyyə Ərəbistanının ABŞ-a 600 milyard dollar sərmayə qoymaq vədini xatırladıb:
"Məhəmməd bin Salmanın bu rəqəmi 1 trilyon dollara çatdırmaq vədindən sonra biz çox məmnunuq. Bu, gözəl bir şeydir".
ABŞ Prezidenti Türkiyə və Səudiyyə Ərəbistanının Suriyaya qarşı sanksiyaların ləğvində oynadığı mühüm rolları da qeyd edib:
“Vəliəhd şahzadə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı mənə zəng edib xüsusilə maraqlandılar. Beləliklə, sanksiyaları ləğv etdim və indiyə qədər nəticələr olduqca yaxşıdır".
Roza
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
































