ABŞ Ukraynaya "Patriot" raket sistemi satışını təsdiqlədi
Bizi izləyin

Dünya

ABŞ Ukraynaya "Patriot" raket sistemi satışını təsdiqlədi

ABŞ Dövlət Departamenti Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi ilə əlaqəli 105 milyon dollar dəyərində avadanlıq və xidmətlərin satışını təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) bəyanat yayıb.

Qeyd olunub ki, satış paketinə Ukraynanın M901 buraxılış qurğularının M903 konfiqurasiyasına yüksəldilməsi, yerüstü dəstək avadanlığı üçün təyin olunmuş ehtiyat yük siyahıları, ehtiyat hissələri, təlim fəaliyyətləri və logistika dəstəyi elementləri daxildir.

Patriot sistemləri ilə əlaqəli avadanlıq və xidmətləri özündə birləşdirən paketin ümumi dəyərinin 105 milyon dollar olduğu bildirilib. Layihənin əsas podratçıları isə ABŞ-da yerləşən "RTX Corporation" və "Lockheed Martin" şirkətləridir.

Konqresə göndərilən silah satışı təsdiqləri üçün 15 günlük etiraz müddəti var. Bu müddət ərzində heç bir etiraz alınmazsa, silah satışı davam etdirilir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm