Dünya
Ən bahalı qəhvə satışa çıxır: Bir fincanı görün neçəyədir
Dubayın “Julith Coffee” kafesi bir fincanı 3600 dirhəmə (1677 manat) başa gələn qəhvə təklif edir.
Publika.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
İçki əlçatmaz Baru vulkanının yamaclarında yetişdirilən nadir “Nido 7” sortunun “Geisha” qəhvə dənələrindən hazırlanır.
“Julith” Panamada keçirilən hərracda bu dənələrdən 20 kiloqram almağı bacarıb. Hərrac olduqca gərgin keçib - yüzlərlə iştirakçı mübarizə aparıb və 549 təklifdən sonra qiymət 2,2 milyon dirhəmə (1 milyon 27 min 432 manat) yüksəlib. Bununla da “Nido 7” tarixdə ən bahalı qəhvə lotu olub.
Qeyd olunur ki, müəssisə aldığı bu məhsuldan təxminən 400 fincan qəhvə hazırlamağı planlaşdırır. Həmin fincanlardan biri Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktuma ayrılıb.
Adəm
-
Region18:10Ərdoğanla Zelenskinin görüşü başladı
-
Magazin117:38Rəqsanə ev dustaqlığına buraxıldı
-
Dünya17:33Dünyanın ən qəribə qadağaları: Bu ölkədə ölmək belə olmaz - FOTOLAR
-
Rəsmi xronika16:26İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:56Keçmiş deputat Mehdiyevin villasının VİDEOSUNU yaydı
-
İdman13:57Ronaldodan Ağ Evdə selfi: FOTODA kimlər var?
-
Nida Xəbər 13:22Xandanyan İstanbulda bu xəbəri sevinclə elan etdi: Azərbaycan və Ermənistan...
-
Sosial12:41Bu şəxslər üçün 42 milyon manat ayrıldı
































