Dünya
Türkiyə qara qutunu açdı
Noyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinin C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qalıqlarının əsas hissəsi yük maşınları ilə Türkiyəyə gətirilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisədən dərhal sonra yaradılan və bölgəyə göndərilən komanda araşdırmalarını davam etdirir:
“Ərazidə aparılan dəqiq işlərdən sonra təyyarənin qalıqları xüsusi diqqətlə yük maşınlarına yüklənib. C-130 tipli hərbi yük təyyarəsinin qalıqlarının böyük bir hissəsi ölkəyə gətirilib.
Qalıqların Milli Müdafiə Nazirliyinin Kayseridəki 2-ci Hava Nəqliyyat Vasitələrinin Təmiri Zavodunda araşdırılacağı bildirilir.
Bu arada təyyarənin qara qutusunun deşifrə edilməsinə də başlanılıb. Qəza yerində araşdırmalar tamamlandıqdan və qara qutunun analizi bitdikdən sonra qəzanın dəqiq səbəbinin müəyyən ediləcəyi gözlənilir. Komanda isə ərazidəki araşdırmalarını həftəsonuna qədər davam etdirəcəyi bildirilib.
Xatırladaq ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.
Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
-
Rəsmi xronika16:26İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:56Keçmiş deputat Mehdiyevin villasının VİDEOSUNU yaydı
-
İdman13:57Ronaldodan Ağ Evdə selfi: FOTODA kimlər var?
-
Nida Xəbər 13:22Xandanyan İstanbulda bu xəbəri sevinclə elan etdi: Azərbaycan və Ermənistan...
-
Sosial12:41Bu şəxslər üçün 42 milyon manat ayrıldı
-
Sosial12:14Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşdirilir
-
Dünya11:411 trilyon dollarlıq görüşdə Ərdoğan damğası: Trampa zəng edərək...
-
Sosial10:54Azərbaycanda bir həftə TƏTİL OLACAQ


































