Avropa
Ukrayna ATACMS raketləri ilə RUSİYANI VURDU
Ukrayna Rusiyanın ərazisindəki hərbi obyektlərə zərbə endirmək üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə edib.
Publika.az "RBK-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahının "Telegram" kanalında məlumat verilib.
“Ukrayna Silahlı Qüvvələri ATACMS taktiki raket komplekslərini uğurla tətbiq edərək Rusiyanın ərazisindəki hərbi obyektlərə dəqiq zərbə endirib”, – Baş Qərargahın açıqlamasında deyilir.
Ukrayna müdafiəçilərinin hansı obyektləri hədəf aldığı hələlik məlum deyil.
Ukrayna hərbi komandanlığı vurğulayıb ki, bu hücum ölkənin suverenliyinə sadiqliyini göstərən əlamətdar hadisədir. Baş Qərargah əlavə edib ki, ukraynalılar rus hücumlarının daimi çağırışlarına baxmayaraq dözümlü qalır və qətiyyət nümayiş etdirirlər.
“Uzaqmənzilli zərbə vasitələrinin, xüsusilə ATACMS kimi sistemlərin tətbiqi davam etdiriləcək”, – deyə hərbçilər bildiriblər.
Xatırladaq ki, avqust ayında Wall Street Journal mənbələrə istinadən yazmışdı ki, ABŞ hakimiyyəti Ukraynanın Rusiyanın ərazisinə zərbə endirmək üçün uzaqmənzilli Amerika raketlərindən istifadəsini guya bloklayır.
Məlumata görə, Pentaqon yazın sonundan etibarən Ukraynaya ATACMS raketlərindən istifadə etməyə “icazə vermirdi”.
Hüseyn İbadlı
-
Nida Xəbər 18:48Azərbaycan FAMEX-ə dəvət edildi
-
Nəqliyyat18:36BDYPİ hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi - FOTO
-
İdman18:24“Real” ulduzu ilə müqaviləni uzatdı - Maaşı da artırıldı
-
Enerji18:12Azərbaycan nefti ucuzlaşdı18:15
-
Hadisə17:15Keçmiş rabitə və informasiya texnologiyaları nazirinə ağır itki üz verdi
-
Nida Xəbər 16:10Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?
-
Magazin216:0513 min manatlıq çanta ilə poza verdi - FOTO
-
Region15:47Paşinyan: "Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm!"



































