Tehran şərtlərini elan etdi: ABŞ razı olsa, danışıqlar mümkündür
Bizi izləyin

Dünya

Tehran şərtlərini elan etdi: ABŞ razı olsa, danışıqlar mümkündür

İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi Tehranın ABŞ ilə danışıqlar üçün şərtlərini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Xarazi Vaşinqton administrasiyasının ilk addımı atmalı olduğunu bildirib:

"Danışıqlar prosesi əvvəlcədən, qarşılıqlı hörmət və bərabərliyə əsaslanaraq müəyyən edilərsə, biz buna hazırıq. Onlar irəli sürdüyümüz şərtlər daxilində bizimlə qarşılıqlı əlaqədə olmağa hazır olduqlarını nümayiş etdirməlidirlər".

O vurğulayıb ki, İranın nüvə fəaliyyətləri davam edəcək: "Uran zənginləşdirməsini davam etdirməliyik. Bunu dayandıra bilmərik. Lakin zənginləşdirmə səviyyəsi barədə danışıqlar aparıla bilər. ABŞ və digər ölkələrlə yalnız nüvə məsələləri üzrə danışıqlar aparırıq. Raket proqramı da daxil olmaqla, digər məsələləri müzakirə etmirik".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm