Dünya
Bərzanidən Suriya ilə bağlı qalmaqallı tələb: Bunu gözləyə bilməzsiniz
İraq Kürdüstanının rəhbəri Neçirvan Bərzani "The Spectator Australia" jurnalına müsahibəsində Suriyada yeni administrasiya məsələsinə toxunub.
Publika.az xəbər verir ki, Bərzani Suriyada mərkəzləşdirilməmiş bir quruluşun zəruri olduğunu bildirib.
"Hakimiyyətin mərkəzləşdirilməmiş olması Suriya üçün vacibdir. Xristianlar, druzlar, yezidilər, ələvilər, kürdlər, dünyəvi sünni ərəblər və bütün digər tərəfdaşlar yeni Suriyada tamamilə təmsil olunmalıdır. Bu, mərkəzi hakimiyyətin zəifləməsi və yerli özünüidarəetmə orqanlarının güclənməsi deməkdir", - o söyləyib.
Neçirvan Bərzani terror təşkilatı PKK/YPG-nin bir qolu olan Suriya Demokratik Qüvvələrinin (SDF) Suriya ordusuna inteqrasiyası ilə bağlı da şərh verib:
"Bu qüvvələr ağır bədəllər ödəyiblər. Onların inteqrasiyalarına dair heç bir zəmanət olmadan silahlarını yerə qoyacaqlarını, formalarını çıxaracaqlarını və fərd kimi cəmiyyətə qarışacaqlarını gözləyə bilməzsiniz".
Roza
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi

































