Dünya
Moldova ərazi bütövlüyünü təmin etmək üçün plan hazırlayıb: Gizli saxlanılır
Moldova Avropa İttifaqı və ABŞ-la əməkdaşlıq edərək tanınmamış Dnestryanı bölgənin reinteqrasiyası planı hazırlayır.
Publika.az xəbər verir ki, “Newsmaker”in məlumatına görə, bunu baş nazirin reinteqrasiya məsələləri üzrə müavini Valeriu Kiver bildirib.
Baş nazirin müavini təsdiqləyib ki, Moldova hakimiyyəti Aİ və ABŞ ilə əməkdaşlıq edərək ölkənin birləşməsi planı hazırlayır.
"Biz həqiqətən də reinteqrasiya üçün strategiya və ya yol xəritəsi üzərində fəal şəkildə işləyirik. Ancaq bildiyiniz kimi, həssas məsələlər ehtiyatlı olmağı tələb edir. Biz zamanla nəticə verəcək addımlar üzərində düşünməliyik. Bütün bu addımlar barədə real vaxtda danışa bilmərik, çünki bu, zərərli ola bilər", - Kiver bildirib.
O əlavə edib ki, bu plan “uyğun zamanda” ictimaiyyətə açıqlanacaq.
Baş nazirin müavini onu da qeyd edib ki, Moldova Dnestryanı ilə bağlı məsələlərin hər hansı daha geniş danışıqlara, xüsusən də Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair danışıqlara daxil edilməsini istəmir.
Tural
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi

































