"Putinlə ilin yekunu" - Bu tarixdə yayımlanacaq
Bizi izləyin

Dünya

"Putinlə ilin yekunu" - Bu tarixdə yayımlanacaq

Rusiya lideri Vladimir Putinlə sual-cavab formatında illik televiziya proqramının tarixi açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Kreml bəyanat yayıb.

Bildirilib ki, "Vladimir Putinlə ilin yekunu" verilişi 19 dekabrda Moskva vaxtı ilə saat 12:00-da yayımlanacaq.

Rusiya prezidentinə sual ünvanlamaq istəyən şəxslər təyin olunmuş sosial media hesabları, veb saytlar, telefon nömrələri, SMS və MMS vasitəsilə göndərə bilərlər.

Qeyd edək ki, ötən il də yayımlanan veriliş 4,5 saat davam edib və Putin 76 sualı cavablandırıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm