Dünya
Qaroyanın Türkiyə qorxusu: Qarşısını yalnız belə almaq olar
Cənubi Kipr siyasətçisi Marios Qaroyan Yunanıstanın "To Manifesto" qəzetinə verdiyi müsahibədə Türkiyənin regional təsiri barədə təəccüblü açıqlamalar verib.
Publika.az xəbər verir ki, siyasətçi Türkiyənin Suriya, Liviya və Şərqi Aralıq dənizində güclü bir aktor kimi rol oynadığını qeyd edərək, bu vəziyyəti "revizionist güc" kimi təsvir edib.
Qaroyan Türkiyənin bölgədəki artan təsirinin onlar üçün təhlükə yaratdığını və müqavimət göstərməyin yalnız bir yolunun olduğunu bildirib: “Yunanıstan və Cənubi Kipr olaraq biz Ankaraya soyuqqanlılıq, güc və müttəfiqliklə qarşı çıxa bilərik. İki ölkənin Türkiyəyə qarşı birgə hərəkəti strateji zərurətdir. Ellinizmi iki dövlət və ortaq geosiyasi tale birləşdirir”.
Onun sözlərinə görə, Cənubi Kiprin regional məqsədlərinin müəyyənləşdirilməsində Türkiyənin təsirini görməzdən gəlmək qeyri-realdır: "Fürsət gördükdə vəziyyətdən istifadə etməliyik, amma illüziyalara qapılmamalı və diqqətli olmalıyıq".
Qaroyan Cənubi Kiprin Avropanın ən kritik geosiyasi bölgəsində yerləşdiyini söyləyib: "Ukrayna müharibəsi, Yaxın Şərqdəki böhranlar və Ai-nin enerji planları ada üçün imkanlar yaradır. Lakin Türkiyənin bölgədəki hərbi və siyasi varlığı bölgənin siyasi tənliyinin mərkəzindədir".
Siyasətçi son olaraq, Cənubi Kiprin İsrail ilə əlaqələrini qoruduğunu və Türkiyənin bu bölgələrdəki aktiv mövqeyinin bütün inkişaflara birbaşa təsir etdiyini qeyd edib.
Roza
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi

































