Netanyahu "Mossad"ın yeni rəhbərini elan etdi
Bizi izləyin

Dünya

Netanyahu "Mossad"ın yeni rəhbərini elan etdi

İsrailin baş naziri Benyamin Netanyahu ölkənin xarici kəşfiyyat agentliyi "Mossad"ın yeni rəhbərinin adını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə İsrail Baş Nazirinin Ofisi bəyanat yayıb.

Bildirilib ki, gələn il beş illik səlahiyyət müddətini başa vuracaq David Barneanın yerinə general-mayor Roman Qofman keçəcək.

"Qofman çox fərqlənən bir zabitdir. Müharibənin ortasında baş nazirin hərbi katibi təyin edilməsi onun müstəsna peşəkar qabiliyyətlərə malik olduğunu sübut etdi. Baş nazir Qofmanın bu vəzifəyə ən uyğun və ixtisaslı namizəd olduğuna inanır, ona bu vacib vəzifədə böyük uğurlar arzulayır", - bəyanatda qeyd olunub.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm