Dünya
ABŞ-dan "Lukoil" şirkəti ilə bağlı gözlənilməz qərar
ABŞ sanksiya siyahısında olan Rusiyanın neft şirkəti "Lukoil"-a Rusiya xaricində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri ilə bağlı əməliyyatlar aparmağa müvəqqəti olaraq icazə verib.
Publika.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bu məsələ ilə bağlı lisenziya verib.
Buna uyğun olaraq, Rusiya xaricində yerləşən "Lukoil" yanacaqdoldurma məntəqələrinin məhsul və xidmətlərin satışı, istismarı, texniki xidməti və ya bağlanması üçün zəruri olan əməliyyatlara 29 aprel 2026-cı ilə qədər icazə verilir.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi oktyabr ayında Rusiyanın iki böyük neft şirkəti olan "Rosneft" və "Lukoil", eləcə də onların törəmə şirkətlərini sanksiya siyahısına əlavə etmişdi. Bu addım Rusiyanın Ukraynadakı müharibəyə son qoymaq üçün sülh prosesinə ciddi sadiqliyini nümayiş etdirməməsi səbəbindən atılmışdı.
Roza
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi

































