Dünya
İmamoğluna qarşı 450 min dollarlıq rüşvət iddiası: Ailəm təhlükədədir
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı maliyyə cinayətləri istintaqı davam edərkən türkiyəli iş adamı Muhittin Erusta adlı şəxs tərəfindən yeni iddialar irəli sürülüb.
Publika.az "Haber7"yə istinadən xəbər verir ki, Erusta özünün və ailəsinin İBB keçmiş sədri Əkrəm İmamoğlu tərəfindən təhdid edildiyini bildirib.
Erustanın iddialarına görə, İmamoğlu ondan 450 min dollar rüşvət tələb edib.
"Pendik, Kurnaköydəki mədən sahəsinin bərpası layihəsi üçün bütün dövlət qurumlarından uyğunluq məktubu aldım. Mədən sahəsində ağac əkib dövlətə təhvil verməli idim. Lakin "İstanbul Su və Kanalizasiya İdarəsi" (İSKİ) müsbət rəy vermədi. Mən də əldə etməyə çalışdım. Nəticədə müxtəlif yerlərə yönləndirildim. Daha sonra bəzi insanlar müdaxilə edərək Fatih Keleş və Əkrəm İmamoğlu adından məndən 450 min dollar rüşvət istədilər. Bir qədər sonra sənədin verilməməsinin səbəbini soruşduqda "Əkrəm İmamoğlu qəti əmr verib, bu sənəd verilməyəcək" dedilər. İmamoğlu və CHP tərəfi məni təhdid edir. Ailəm təhdid altındadır", - deyə iş adamı qeyd edib.
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi

































