Dünya
Avropadan Ukraynaya çağırış: Bu təminat olmasa, Putinə güzəştə getməyin
Aİ liderləri Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiyanın ABŞ-dan təhlükəsizlik zəmanəti olmadan sülh nizamlanması tələbləri ilə razılaşmamağı tövsiyə ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Wall Street Journal"a məlumatlı mənbələr bildirib.
Onların sözlərinə görə, bu məsələ dekabrın 1-də Ukrayna lideri ilə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Avropa Komissiyasının sədri Ursula fon der Lyeyen arasında telefon danışığı zamanı qaldırılıb. Konkret olaraq Makron bəyan edib ki, Vaşinqtondan ABŞ-ın Ukraynanı necə qoruyacağına dair ətraflı izahat tələb edilməlidir.
Qeyd olunur ki, bu söhbət haqqında daha əvvəl "Der Spiegel" məlumat yayıb. Əldə olunan stenoqramda Fransa prezidenti deyib: “ABŞ-ın təhlükəsizlik zəmanətləri ilə bağlı aydınlıq olmadan ərazi məsələsində Ukraynaya xəyanət edilməsi ehtimalı var”.
O, həmçinin Zelenskiyə Kiyevdən Donbası Rusiyaya təslim etməyi tələb edən sülh sazişinin yaratdığı “böyük təhlükə” barədə xəbərdarlıq edib. "Onlar sizinlə və bizimlə oyun oynayırlar", - deyə Merts bildirib.
Məlumata görə, telefon danışığında Finlandiya prezidenti Alexandr Stubb və NATO-nun baş katibi Mark Rutte də iştirak edib.
“Biz Ukraynanı və Vladimir Zelenskini tək qoymamalıyıq”, - deyə Stubb bildirib. Rutte isə qeyd edib ki, Aİ ölkələri “Volodini qorumalıdır”.
Adəm
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































