Oliqarxdan şok çağırış: Məhəmməd peyğəmbərin karikaturalarını dərc edin!
Bizi izləyin

Dünya

Oliqarxdan şok çağırış: Məhəmməd peyğəmbərin karikaturalarını dərc edin!

“Yukos” neft şirkətinin keçmiş sahibi, keçmiş rusiyalı oliqarx Mixail Xodorovski kütləvi informasiya vasitələrini Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməyə çağırıb.

Publik.az-ın verdiyi xəbərə görə, keçmiş oliqarx bu çağırışla “Twitter” səhifəsində çıxış edib.

Xatırladaq ki, bu gün “Kalaşnikov” avtomatları və qumbaralarla silahlanan naməlum şəxslər “Charlie Hebdo” satirik jurnalının ofisinə basqın edərək əməkdaşları atəşə tutublar. Cinayətkarlar 2-i polis olmaqla 12 nəfəri öldürüb. Onların arasında jurnalın baş redaktoru da var.

“Charlie Hebdo”ya hücumdan sonra Parisdə terror təhlükəsinin yüksək səviyyəsi tətbiq edilib. Redaksiyaya hücum edənlər hadisə yerindən qaçaraq gizlənməyi bacarıb. Hazırda polis onları axtarır.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 1969-cu ildə fəaliyyətə başlayıb. 1981-ci ildə fəaliyyətini dayandıran jurnal 11 il sonra yenidən çap olunmağa başlanıb. Jurnal Məhəmməd peyğəmbərin Danimarkanın “Jyllands-Posten” nəşrində dərc edilən karikaturalarını 2006-cı ildə yenidən çap etməklə tanınıb. “Charlie Hebdo” “Müsəlmanların günahsızlığı" filminə qarşı etiraz aksiyaları zamanı - 2012-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarının yeni seriyasını dərc edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm