Dünya
Putinin sağlam qidalanma sirri - Hər səhər bunu yeyirmiş
Rusiya prezidenti Vladimir Putinin sağlam yaşam tərzi dünya mətbuatının diqqət mərkəzinə çevrilib.
Publika.az xəbər verir ki, "Russia Beyond" xəbər agentliyi Putinin xüsusilə diqqət çəkən qidalanma vərdişləri və pəhriz siyahısı barədə məlumat yayıb.
İddiaya görə, 73 yaşlı lider günə bol səhər yeməyi ilə başlayır. Onun səhərlər qida rasionuna bildirçin yumurtası, çuğundur suyu, yulaf əzməsi, kəsmik və üzüm suyu daxildir.
Əvvəlki müsahibələrinin birində də Putin pəhrizi ilə bağlı məsləhətlər verərkən pomidor, xiyar və kahı kimi tərəvəzləri sevdiyini bildirmişdi.
O, zülal üçün qırmızı ət və ya toyuğa üstünlük vermir, bunun əvəzinə daha çox balıq yeyir. Adətən şam yeməyini buraxan Rusiya lideri günü meyvə və kefir kimi yüngül qəlyanaltılar və yaşıl çayla başa vurur. O, həmçinin şirniyyatlardan, həddindən artıq yağlı qidalardan və ədviyyatlardan çəkinir.
Putinin bu rejimi yalnız sağlam qidalarla məhdudlaşmır, onun təhlükəsizlik tədbirləri də ən yüksək səviyyədə saxlanılır. İddialara görə, Rusiya lideri öz aşpaz komandasının müşayiəti ilə xaricə səyahət edir. Komandaya, həmçinin qidanın keyfiyyətini təhlil edən və zəhərli maddələrin olub-olmadığını yoxlayan qida laboratoriyası da daxildir.
Roza
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp























.jpg)
.jpg)





