Nida Xəbər
Vardanyanın dostuna Bakıya gəlməsi üçün görün nə qədər qonorar təklif olunub
Xəbər verdiyimiz kimi, dünyaca məşhur filosof və "Qara qu" kitabının müəllifi Nassim Taleb Azərbaycanda planlaşdırılan mühazirədə iştirakdan imtina etdiyini açıqlayıb. Yazıçının sözlərinə görə, təşkilatçılar ilkin təklifdən sonra qonorarı əhəmiyyətli dərəcədə artırıblar. O isə qərarının dəyişmədiyini bildirib.
Publika.az-ın məlumatına görə, Taleb təklif olunan məbləği açıqlamasa da, bu, məşhur yazıçı və filosofların çıxışları üçün ödənilən qonorarları gündəmə gətirib.
Beynəlxalq tədbirlər bazarında tanınmış müəllif, iqtisadçı və filosofların bir saatlıq çıxışları üçün ödənilən qonorarlar adətən 150-200 min ABŞ dollarından başlayır. Dünyanın ən məşhur adları isə tədbirin formatından, ölkədən və eksklüzivlik şərtlərindən asılı olaraq 300-500 min dollar, bəzi hallarda isə bundan da yüksək məbləğ tələb edə bilirlər.
Sosial şəbəkələrdə yayılan iddialarda Talebə Azərbaycanda çıxış etməsi üçün yarım milyon dollara yaxın vəsait təklif olunduğu irəli sürülür.
Taleb Ruben Vardanyanın həbsini əsas gətirərək Azərbaycana gəlməkdən imtina etdiyini açıq şəkildə bəyan edib. Bu mövqeyi fonunda təşkilatçıların onun çıxışına israr etməsi və Talebin öz sözlərinə görə, qonorarı daha da artırması suallar doğurur.
Əgər bu iddialar həqiqəti əks etdirirsə, belə məbləği təklif edən şirkətin Azərbaycanda çox yüksək gəlirlər əldə etdiyi aydındır. Ölkəyə qarşı açıq şəkildə qərəzli mövqe sərgiləyən və ermənipərəst bəyanatları ilə seçilən bir şəxsi razı salmaq üçün yüz minlərlə dolların ona təklif edilməsi cəmiyyətdə haqlı olaraq ciddi suallar doğurur.
Görün, bu təşkilatçı qurum nə qədər fantastik gəlir əldə edir ki, ölkə resursları hesabına qazanılan böyük vəsaitləri Azərbaycanın düşmənlərinə və əleyhdarlarına səxavətlə paylamağa hazırdır.
Müəllif: Akqabay
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər














.jpg)



.jpg)




.webp)









.jpg)
