Sosial
Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı - Foto
İmişlinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərindən daha biri satılıb.
Publika.az xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, söhbət “BMW 740İ” markalı avtomobildən gedir.
İlk dəfə 23 min manata təklif olunan “BMW 740I” son olaraq yarı qiymətinə - 11 500 manata satılıb.
Bu isə demək olar ki, avtomobil bazarında yaxşı vəziyyətdə olan “Prius” markalı maşının qiymətinə bərabərdir.
Həmin avtomobili Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova idarə edirdi.
Qeyd edək ki, ötən ay vaxtilə Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin idarə etdiyi “Range Rover” markalı avtomobil də hərrac yolu ilə satılıb. 56 min manata satış çıxarılan avtomobil sonradan 42 min manata öz alıcısını tapıb. Hacıyev ailəsindən müsadirə edilən “Bentley Continental GT” markalı avtomobil isə daha öncə 58 min 500 manata satılıb.
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava



































.jpg)
