Dünya
13 yaşında öz ölkəsini qurdu: Əlifbasını, bayrağını və pulunu hazırladı
Türkiyənin Samsun şəhərində yaşayan 13 yaşlı Aras Talha Çağlayan 2023-cü ildə yaratdığı dili əsas götürərək Boliviyada yerləşdirdiyi xəyali bir ölkə qurub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Aras "Sufi" adını verdiyi ölkə üçün özünəməxsus əlifba, bayraq, pul vahidi, rəsmi simvollar və 18 maddədən ibarət konstitusiya hazırlayıb.
O bildirib ki, təxminən 1000 nəfərlik əhaliyə malik ölkəsində prezident idarəetmə sistemi qurub. Xəyali ölkədə Nazirlər Kabineti, xəstəxanalar və müxtəlif peşə sahiblərinin də olduğunu deyən Aras, gələcəkdə "Sufi"ni bütün dünyaya tanıtmağı hədəflədiyini vurğulayıb.
Arasın sözlərinə görə, bu dil əvvəlcə sinif yoldaşlarının qeydlərini oxumasının qarşısını almaq üçün yazılarını şifrələmək məqsədilə yaranıb. Daha sonra isə o, dili inkişaf etdirərək əlifba hazırlayıb və bu ideyanı xəyali bir dövlətə çevirib.
Müəllif: Roza
-
Magazin200:15Bir bölümdən görün nə qədər qazanacaqlar
-
Qoroskop00:00Günün ULDUZ FALI - Romantik həyatınızda isə xoş sürprizlər gözlənilir
-
İdman11 Avqust 23:48"Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi
-
İdman11 Avqust 23:31“Barsa” təsdiqlədi: Çarpaz bağ cırılıb
-
Nida Xəbər 11 Avqust 22:58"Naxçıvanın təhlükəsizliyi birinci şərtdir"
-
Rəsmi xronika11 Avqust 22:16Prezident Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu - FOTO
-
İdman11 Avqust 21:53“Sabah” “Orhus”u darmadağın etdi - YENİLƏNDİ
-
Rəsmi xronika11 Avqust 20:15Prezident Naxçıvanda yeni avtobuslara baxdı, dəmir yolunda yenidənqurma işləri ilə tanış oldu - FOTO/VİDEO






















.jpg)










