Dünya
Türkiyədən ABŞ-ın S-400-lə bağlı şərtinə CAVAB
Türkiyə ABŞ səfiri Tom Barrakın S-400 və F-35 ilə bağlı açıqlamalarına münasibət bildirib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yayıb.
"Ölkəmizin hava hücumundan müdafiə qabiliyyətini yerli və milli sistemlərlə gücləndirmək səylərimiz planlaşdırıldığı kimi davam edir. Son günlərdə gündəmə gələn S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı yenilik yoxdur. ABŞ-lı həmkarlarımızla F-35 tədarükü ilə bağlı diplomatik əlaqələr və müzakirələr davam edir. Bununla bağlı maneələrin aradan qaldırılması və ölkəmizin proqrama yenidən daxil edilməsi üçün məsləhətləşmələr davam edir ", - bəyanatda bildirilib.
Qeyd edək ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın sözlərinə görə, əgər Türkiyə F-35 qırıcılarının istehsalı və alınması proqramına qayıtmaq istəyirsə, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi tədarükünü dayandırmalıdır.
Roza
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə





































