MDB
Rusiyada narahat gecə: 147 Ukrayna PUA-sı...
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə ərzində Rusiya regionları, o cümlədən Qara və Azov dənizləri üzərində 147 sabit qanadlı pilotsuz uçan aparatı məhv edib.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hücum gecə saat 23:00-dən saat 07:00-a qədər baş verib. Həyəcan siqnalı ilə işə salınan hava hücumundan müdafiə sistemləri bir neçə bölgədə hava hədəflərini ələ keçirib və məhv edib.
Pilotsuz təyyarələr Belqorod, Bryansk, Voronej, Kursk, Smolensk, Tula və Kaluqa vilayətləri, eləcə də Krasnodar diyarı üzərində vurulub.
Bundan əlavə, Rusiyanın işğalı altında olan Krımda, Başqırdıstanda və Adıgeydə hava hücumundan müdafiə sistemləri də işə salınıb. Qara və Azov dənizləri üzərində bəzi hədəflər məhv edilib.
Müəllif: Adəm
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi








































.jpg)
