ABŞ
ABŞ Venesuelaya yanaşmanı dəyişdi: Bu addımı atdı
ABŞ hakimiyyəti Venesuelanın müvəqqəti prezidenti vəzifəsini icra edən Delsi Rodriqesi Maliyyə Nazirliyinin sanksiyalar siyahısından çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Ağ Ev bu qərarı iki ölkə arasındakı münasibətlərdə irəliləyiş əlaməti kimi qiymətləndirib.
Əvvəllər ABŞ şirkətlərinə və fiziki şəxslərinə Rodriqeslə iş birliyi qurmağı qadağan edən sanksiyaların ləğvi Vaşinqtonun Karakasla bağlı kursunun dəyişdiyini göstərir. Ağ Evin mətbuat katibi Anna Kelli bildirib ki, Donald Tramp Rodriqesin fəaliyyətini yüksək qiymətləndirir:
"Prezident Trampın dediyi kimi, Rodriqes öz işinin öhdəsindən mükəmməl gəlir və ABŞ ilə sıx əməkdaşlıq edir. Bu addım Venesuelanın iqtisadi dirçəlişi və sabitliyi yolunda əldə olunan uğurların göstəricisidir".
Xatırladaq ki, bir müddət əvvəl Donald Tramp Venesuelanın yeni hakimiyyəti ilə münasibətləri "qeyri-adi" adlandırmışdı. O, dövlət katibi Marko Rubionun Karakasla əlaqələrin qurulmasında "fantastik iş" gördüyünü xüsusi vurğulamışdı.
Müəllif: Adəm
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi




































.jpg)
