Dünya
Türkiyədən Rusiyanın gəmiyə hücumuna REAKSİYA
Türkiyə Odessanın Çernomorsk limanında bu ölkəyə aid yükdaşıma gəmisinin Rusiyanın raket hücmuna məruz qalmasına münasibət bildirib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
Bildirilib ki, Rusiya-Ukrayna müharibəsi Qara dənizin təhlükəsizliyini risk altında qoyur.
Gəminin şəxsi heyətinin və TIR sürücülərinin təxliyə edildiyi qeyd edilib.
"Vətəndaşlarımız arasında zərərçəkən yoxdur. Odessadakı Baş Konsulluğumuz vəziyyəti nəzarətdə saxlayır. Bu hücumdan sonra Rusiya-Ukrayna savaşının sona çatdırılmasının əhəmiyyətli olduğunu bir daha vurğulayır, Qara dənizdə təhlükəsizliyi təmin etmək, enerji və limanlara hücumların qarşısını almaq üçün mexanizmin hazırlanmasına ehtiyac olduğunu xatırladırıq", - deyə nazirlik vurğulayıb.
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə





































