Dünya
Sidneydə terrorçunu zərərsizləşdirən qəhrəman görün kimdir
Xəbər verdiyimiz kimi, dünən Sidneydəki Bondi çimərliyində dəhşətli silahlı insident baş verib. İnsident zamanı ərazidə olan silahsız şəxs şübhəlilərdən birinin üzərinə atılaraq onu zərərsizləşdirib.
Publika.az Avstraliya mediasına istinadən xəbər verir ki, həmin şəxsin 43 yaşlı meyvə-tərəvəz satıcısı Əhməd əl Əhməd olduğu məlum olub.
Məlumata görə, hadisə anında iki dəfə güllələnən Əhməd hazırda xəstəxanadadır, o, bu gecə əməliyyat olunacaq. Əhmədin əmisi oğlu mətbuata açıqlamasında bildirib ki, onun silahlarla bağlı heç bir təcrübəsi yoxdur.
Əhmədin hücuma müdaxilə etdiyi anlar Avstraliya mətbuatında və ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib. Avstraliyalılar onun bu müdaxiləsini qəhrəmanlıq kimi qiymətləndiriblər.
Qeyd edək ki, silahlı hücum nəticəsində 16 nəfər ölüb, 30-a yaxın insan yaralanıb. Hadisəni törədən şübhəlilərdən birinin öldüyü, digər yaralı şübhəlinin isə nəzarətə alındığı açıqlanıb.
Roza
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...





































