Dünya
Netanyahu Sidney hadisələrinə görə onu günahlandırdı
İsrailin Baş naziri Benyamin Netanyahu Sidneydəki hücuma görə avstraliyalı həmkarı Entoni Albaneseni və onun kabinetini günahlandırıb.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Qeyd olunur ki, Netanyahu avqust ayında Fələstinin dövlət kimi tanınmasının mümkün nəticələri barədə Baş nazirə xəbərdarlıq məktubu göndərdiyini bildirib. Onun sözlərinə görə, bu addım antisemitizm alovuna yanacaq tökür və Avstraliyadakı yəhudiləri təhdid edənləri cəsarətləndirir.
“Avstraliyada antisemitizmin yayılmasının qarşısını almaq üçün hökumətiniz heç bir iş görməyib. Ölkənizdə böyüyən xərçəng hüceyrələrinin qarşısını almaq üçün addım atmamısınız. Heç bir tədbir görməmisiniz və xəstəliyin yayılmasına icazə vermisiniz”, - deyə İsrailin Baş naziri çimərlikdə baş verən atışmadan sonra həmkarına müraciət edib.
Avstraliyanın Baş naziri Entoni Albanese Netanyahunun ittihamlarına birbaşa cavab verməkdən imtina edib. O, milli birliyin vaxtının çatdığını vurğulayıb və ölkə vətəndaşlarının bunu təmin edəcəyini bildirib. Albanese hadisəni antisemitizmin açıq təzahürü kimi qiymətləndirib.
Adəm
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...





































