Dünya
Məsələ aydındır: Ukrayna üçün həlledici həftə başladı - Ya sülh, ya da...
Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, cari həftə Ukraynada potensial sülh üçün həlledici olacaq.
Publika.az xəbər verir ki, Orban bu açıqlamanı bu gün, 15 dekabrda jurnalistlərlə söhbətində bildirib.
Siyasətçinin sözlərinə görə, məsələ aydındır: "ya müharibə, ya da sülh". O, həmçinin qeyd edib ki, Ukraynadakı münaqişəyə son qoymaq ehtimalı heç vaxt bu qədər yaxın olmayıb.
Orbanın sözlərinə görə, avropalıların dörd ildir həll edə bilmədiyi münaqişə tezliklə amerikalılar tərəfindən həll edilə bilər. “Onların sadəcə dəstəyə ehtiyacı var”, - Orban deyib.
Eyni zamanda, Macarıstanın Baş naziri əlavə edib ki, Rusiya aktivlərinin müsadirəsini Aİ-nin Rusiyaya qarşı açıq müharibə elan etməsi hesab edir.
Tural
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...




































