Dünya
Avropa Rusiyaya müharibə elan etmək istəyir - Orban
Avropa Rusiya aktivlərini ələ keçirməklə Moskvaya müharibə elan etmək niyyətindədir. Budapeşt buna qarşı çıxır və ABŞ-ın sülh yaratmaq səylərini dəstəkləyir.
Publika.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
Siyasətçi Avropanın Ukraynadakı münaqişəni davam etdirmək və hətta genişləndirmək, iqtisadi sahəyə keçmək və dondurulmuş Rusiya aktivlərini müsadirə etmək istədiyini bildirib.
“Bu addım açıq müharibə elanına bərabərdir və Rusiya tərəfi buna cavab verəcək. Macarıstan dondurulmuş Rusiya aktivlərinin müsadirəsini dəstəkləmir, Ukraynaya pul və ya silah göndərmir”, - deyə o vurğulayıb.
Orban əminliyini bildirib ki, Avropa üçün yeganə düzgün strategiya ABŞ-ın Ukraynada sülhün bərqərar olması və danışıqların aparılması səylərini dəstəkləməsidir.
Adəm
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...





































