Dünya
Türkiyənin "Qəzəb"i Fransanı dəhşətə gətirdi: Hətta poladı da əridə bilər
Fransa mediası Türkiyənin ən güclü ənənəvi təyyarə bombası olan "Qəzəb" barədə təəccüblü qiymətləndirmələr aparıb.
Publika.az xəbər verir ki, bu barədə "Science Post" qəzeti məqalə dərc edib.
Məqalədə Türkiyənin müdafiə sənayesində çatdığı səviyyənin hərbi balanslara təsir edə biləcəyi vurğulanıb.
"Pilotsuz uçuş aparatları və müdafiə sistemlərindəki uğurundan sonra Türkiyə artıq ənənəvi silahlarda qlobal kritik həddi keçib. Bu silah atom və ya hidrogen bombası deyil, lakin dağıdıcı gücü baxımından nüvə silahlarını xatırladan nəticələr verə bilər. Təxminən 970 kq ağırlığında olan bomba 3000 dərəcəyə qədər temperatur yarada, bu istilik hətta beton və poladı da əridə bilər", - qəzetdə qeyd olunub.

Hesabatda Türkiyənin nüvə silahına sahib olmamasına baxmayaraq bu böyüklükdə sursat hazırladığı xüsusilə vurğulanıb. Bu vəziyyət Ankaranın nüvə silahı əvəzinə yüksək effektiv və çevik ənənəvi silahlar vasitəsilə dəyənək strategiyası qurması kimi şərh edilib.
Vurğulanıb ki, "Qəzəb" hazırda dünyanın ən güclü qeyri-nüvə bombasıdır: “Türkiyə nüvə silahına sahib olmadan belə müasir müharibənin tələb etdiyi çəkindirməni təmin edə biləcək hərbi gücə çatdığını açıq şəkildə nümayiş etdirdi”.
Qeyd edək ki "Qəzəb" bombası ilk dəfə IDEF 2025 Müdafiə Sənayesi Sərgisi zamanı ictimaiyyətə təqdim edilib.
Roza
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var




































