Dünya
CHP sədri millət vəkilinin məzarı başında içki məclisi qurdu - "Onun vəsiyyəti idi" - VİDEO
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel və CHP Malatya millət vəkili Vəli Ağbabanın 2016-cı ildə vəfat etmiş keçmiş Tunceli millət vəkili Kamer Gençin məzarında spirtli içki içməsinə dair görüntülər yayılıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 il öncə qeydə alınan görüntülərin ortaya çıxması ictimaiyyətdə müzakirələrə səbəb olub.
Reaksiyalardan sonra Vəli Ağbaba jurnalist Fatih Atikə verdiyi açıqlamada məzar başındakı hadisələri müdafiə edərək, bunun Kamer Gençin vəsiyyəti olduğunu iddia edib.
Gençin ailəsi isə iddiaya sərt reaksiya verib. Ailə adından verilən açıqlamada belə bir vəsiyyətdən xəbərsiz olduqları və sözügedən görüntüləri ictimaiyyətlə birlikdə ilk dəfə izlədikləri bildirilib. Ailə üzvləri Gençin inanclarına sadiq bir insan olduğunu və onun məzar başında belə bir davranış tələb etməsinin mümkün olmadığını qeyd ediblər.
Kamer Gençin vəkili Ergün Özer də "vəsiyyət" iddiasını rədd edib: "Bu, mərhumun xatirəsinə açıq-aşkar hörmətsizlikdir. Kamer Genç qətiyyən belə bir tələb irəli sürməyib. Hadisə ilə bağlı hüqusi proses başladılacaq".
Roza
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































