Dünya
Arktikada temperatur rekord həddə çatdı
2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər Arktikada hava temperaturu 1900-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının yaydığı hesabatda bildirilir.
Alimlərin fikrincə, hava və okean sularının temperaturunun artması buzlaqların sürətlə əriməsinə səbəb olur ki, bu da Arktika mənzərəsində ciddi dəyişikliklər yaradır. Buzlaqların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə gətirib çıxarır və nəticədə sürüşmə və sunami riskləri artır.
Bundan əlavə, buzlaqlardan ayrılan dəmir və digər kimyəvi elementlər Arktika sularına daxil olaraq ətraf mühitin çirklənməsinə səbəb olur. Bu proses Çukçi və Berinq dənizlərində yaşayan bəzi fauna növləri üçün təhlükə yarada bilər.
Hesabatında qeyd olunur ki, son onillik Arktika bölgəsi üçün müşahidələr tarixində ən isti dövr olub.
Qeyd edək ki, iyunun 19-da alimlərin Arktikada qeyri-adi yaşıllaşma prosesindən narahat olduqları barədə məlumat yayılmışdı. Daha əvvəl isə Alp dağlarındakı əbədi buzlaqların da ciddi təhlükə altında olduğu bildirilmişdi.
-
ABŞ10:50Klinton “Epşteyn işi” ilə bağlı ifadə verdi, Trampı “baqaja” qoydu: Yaxşı tanıyırdı
-
İdman10:22Levandovskinin sirrini açan polşalı gözəl: Onlar ölkələrində nəyə görə nümunədirlər?
-
Yaxın Şərq09:49ABŞ və İsrail Gülüstan sarayını dağıtdı - Video
-
ABŞ09:12Trampdan sirli mesaj: Çox tezliklə İranı kimin idarə etdiyini biləcəksiniz
-
Qoroskop08:49Zirəddin İranla bağlı dəhşətli proqnoz verdi - Foto
-
Dünya07:55Ər-Riyadda ABŞ səfirliyi partladıldı, Tramp qəzəbləndi
-
MDB07:15İranda "İkinci Çernobıl" fəlakəti yaşana bilər - Zaxarova
-
Dünya03:43İranın Oman körfəzində gəmisi qalmadı - Hamısı batırıldı





























.jpg)





