Dünya
İsrail və Misir razılığa gəldi - Netanyahu şad xəbəri elan etdi
İsrail və Misir arasında 35 milyard dollarlıq təbii qaz müqaviləsinin imzalandığı təsdiqlənib.
Publika.az xəbər verir ki, məlumatı İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb.
O, sözügedən müqavilənin İsrail tarixində ən böyük təbii qaz müqaviləsi olduğunu bildirib.
Netanyahu bu müqavilədən əldə ediləcək məbləğin 18 milyard dollarının birbaşa xəzinəyə gedəcəyini və Misirlə müqavilənin İsrailin enerji sektorundakı regional mövqeyini gücləndirdiyini deyib. Həmçinin İsrailin Baş naziri daha çox yeni süprizlərin olacağını qeyd edib.
Xatırladaq ki, avqustun 7-də İsrailin Aralıq dənizindəki ən böyük təbii qaz yataqlarından biri olan "Leviathan" şirkətinin tərəfdaşı "NewMed" şirkəti Misirlə 35 milyard dollarlıq təbii qaz ixracı müqaviləsi imzaladığını elan etmişdi. Bəyanatda 2040-cı ilə qədər "Leviathan" yatağından Misirə 130 milyard kubmetr təbii qaz ixrac ediləcəyi bildirilmişdi.
Roza
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi



































